Azərbaycan Premyer Liqası: “Zirə” qələbə qazanıb

Martın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Açılış matçında “Zirə” klubu “Sumqayıt”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qartallar”ın heyətində yeganə qolu 65-ci dəqiqədə Mohamed Hamdaui vurub.

Bu qələbədən sonra xallarını 34-ə çatdıran “Zirə” turnir cədvəlində 2-ci pilləyə yüksəlib. 13 xalı olan “Sumqayıt” isə yeddinci pillədə qalıb.

Komandalar Premyer Liqada 25 dəfə üz-üzə gəliblər. Bunların 12-də meydan sahibləri, 6-da qonaqlar meydanı üç xalla tərk ediblər. Topların nisbətində də “Zirə” üstündür – 33:21. Paytaxt klubu son 5 oyunda rəqibinə uduzmayıb. “Sumqayıt” isə son 4 qarşılaşmada qol vura bilməyib.

Günün ikinci matçında son çempion “Neftçi” “Səbail” komandaları qarşılaşır.

Görüş öncəsi “ağ-qaralar” 28 xalla 4-cü, “dənizçilər” 11 xalla sonuncu – 8-ci yerdədir. Paytaxt təmsilçiləri çempionatda 17 dəfə qarşılaşıblar. 12 dəfə meydan sahiblər, 2 dəfə qonaqlar qələbə qazanıb. Topların nisbətində də “Neftçi”nin aşkar üstünlüyü var – 38:11.

Bu oyunlarda meydan sahiblərindən “Neftçi” qalib gəldiyi halda, “Zirə” uduzsa, 3-cü pilləni şəxsi matçlardakı üstünlüyünə görə “ağ-qaralar” ələ keçirəcək. Qonaqlara gəldikdə, “Səbail” qələbə qazanacağı, “Sumqayıt” isə məğlub olacağı təqdirdə, “dənizçilər” sonuncu pillədən qurtulacaq və hazırkı yerini “gənclik şəhəri” təmsilçisinə ötürəcək.

Qeyd edək ki, günün digər oyununda “Neftçi” “Bakcell Arena”da “Səbail”lə qarşılaşacaq. Tura martın 6-da oynanılacaq “Keşlə” – “Sabah” və “Qarabağ” – “Qəbələ” matçları ilə yekun vurulacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP  

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi