“Instagram”da YENİLİK: Xarici videolara “altyazı”…

“Instagram” sosial şəbəkəsi yeni funksiyasını təqdim edib.

Artıq videolar üçün avtomatik “subtitr” yaratmaq mümkün olacaq.

Bu yeniliyin defolt olaraq aktiv ediləcəyi bildirilir.

Hazırda avtomatik “altyazılar” hələ ki 17 dildə tətbiq olunur. Bunlara ingilis, ispan, portuqal, fransız, ərəb, vyetnam, italyan, alman, türk, rus, tay, taqaloq, urdu, malay, hindi, indoneziya və yapon dilləri daxildir.

“Instagram” yaxın gələcəkdə dillərin siyahısını genişləndirməyi planlaşdırır.

“Subtitrlər” süni intellekt vasitəsilə yaradıldığına görə başlanğıcda müəyyən səhvlər ola bilər. Bununla belə, şirkət süni intellektin öyrəndikcə tədricən iş keyfiyyətinin yaxşılaşacağını iddia edir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP