“Bu adamın gözlərinin içinə baxmaq mənim üçün maraqlı deyil” – Zelenski

“Bu adamın gözlərinin içinə baxmaq mənim üçün maraqlı deyil”.

Bu sözləri Ukrayna Prezidnti Volodimir Zelenski Rusiya xarici işlər naziri Sergey Lavrov haqqında işlədib.

“Lavrov… İnsanın üzünə həmişə həyatı, yolu və sonu yazılıb. Bu adamın yolu mənə aydındır. Mənə bu adamın gözlərinin içinə baxmaq maraqlı deyil”, – Zelenski bildirib.

O deyib ki, Lavrovu ilk dəfə ABŞ-da Donald Tramp ABŞ prezidenti olanda görüb.

Prezidentin sözlərinə görə, sonra o, Lavrova Rusiyanın Ukrayna ərazilərini azad etməsini və ölkələr arasında münasibətlərin 10 il əvvələ qayıtmasını istədiyini deyib.

“O dedi: Mən sizinlə razıyam. Amma sonra üzünü çevirdi, telefonu götürdü və hansısa Rusiya televiziyasına və ya radiosuna zəng edərək dedi: Mən indicə prezident Zelenski ilə danışdım və o, bizim bütün şərtlərimizi qəbul etməyə hazırdır. Cavab budur. Söhbət bu insanların keçdiyi yoldan gedir, onlar hazır deyillər”.
Zelenski qeyd edib ki, bu insanları nəticə – sülh maraqlandırmır, onları ancaq yol maraqlandırır.

“Bu yol qanlı, bu yol maliyyə yoludur. Sonra nə olacağı onları maraqlandırmır… Amma onlardan sonra mütləq olacaq”, – Zelenski əlavə edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP  

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi