Standard & Poor’s (S&P) beynəlxalq reytinq agentliyi Rusiyanın suveren kredit reytinqini BB+dən CCC-yə endirib.
Qərar təşkilatın saytında yerləşdirilib.
Agentlik bildirir ki, sanksiyalar nəticəsində Rusiyanın valyuta ehtiyatları yarıbayarı azalıb. Ölkənin ABŞ, Aİ və Yaponiyada yerləşdirdiyi depozitlər də ciddi şəkildə azalıb. Bu da, valyutaya tələbatın artdığı dövrdə ölkədə likvidliyin azalması ilə nəticələnib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP






