İngilis deputatlar Azərbaycana qarşı sanksiya tələbini qəbul etmədilər

“Britaniyalı deputatın ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərlə bağlı Böyük Britaniya parlamentindəki həmkarlarımızla əlaqə saxlayıb Azərbaycanın mövqeyi ilə bağlı həqiqətləri çatdırmışıq”.

Bu sözləri  britaniyalı deputatın Azərbaycana qarşı sanksiya tələbi haqqında danışan Azərbaycan-Böyük Britaniya parlamentlərarası işçi qrupunun rəhbəri Cavanşir Feyziyev deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının bütün dövlətlərin, o cümlədən Ukraynanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü bütün beynəlxalq platformalarda daim dəstəklədiyi bir daha diqqətə çatdırılıb:

“Müharibə başlamazdan bir ay əvvəl ölkə başçımızın Ukraynaya səfərini xatırladaraq ölkələrimiz arasında münasibətlərin çoxşaxəli olduğunu və strateji xarakter daşıdığını diqqətə çatdırmışıq. Müharibə başlayandan sonra Ukraynaya humanitar yardımların göstərilməsi və eləcə də iki ölkə arasında danışıqlara başlamaq üçün Azərbaycanın vasitəçilik təklifi və səyləri haqqında kifayət qədər məlumat vermişik. Britaniyalı həmkarlarımız deputatın səsləndirdiyi fikirlərin subyektiv xarakter daşıdığını və mütləq əksəriyyətin bu fikirlə razılaşmadığını qeyd ediblər”.

 

Cavanşir Feyziyev vurğulayıb ki, beynəlxalq münaqişələrin həlli ilə bağlı Azərbaycanın mövqeyi həmişə şəffaf olub və bu mövqe BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanır:

“Azərbaycanın mövqeyi ilə bağlı Böyük Britaniya hökumətində kifayət qədər dəqiq məlumatlar var. Bu məlumatlar diplomatik kanallar və müxtəlif səviyyələrdə mövcud olan bütün qarşılıqlı əlaqələr vasitəsilə daim çatdırılır. Ona görə belə əsassız bəyanatlar ölkələrimiz arasında uzun müddət ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirə bilməz”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP  

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi