2000 tələbə xaricdə təhsil almağa göndəriləcək – RƏSMİ

Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın məqsədi 5 il ərzində hər il  400, ümumilikdə 2000 Azərbaycan gəncinə xarici ölkələrin ən nüfuzlu ali məktəblərinin maliyyə dəstəyini verməkdən ibarətdir,bunu Təhsil naziri Emin Əmrullayev martın 1-i keçiridiyi brifinqdə deyib.
“Builki proqram əvvəlki proqramlardan fərqli olacaq. Təhsil Nazirliyi olaraq növbəti ildən başlayaraq konkret proqramları elan edəcəyik. Əvvəlki proqramda universitetlərin siyahıları var idi və tələbə istədiyi universiteti seçə bilərdilər. Yeni proqramda isə hansı ixtisasın hansı universitetində daha yüksək tədris olunduğu qeyd olunacaq. İlk 500-lüyə düşən universitetlər arasında bizə uyğun olanlar seçiləcək. Mərhələli seçim olacaq. Mayın sonu görsək ki, kənarda qalan tələbələr var və seçilən meyarlara görə müraciətlərinə baxıla bilər.Təcrübələrimiz göstərir ki, universitetlərin reytinqi ilə, ixtisasların reytinqi üst-üstə düşmür. Bu il sentyabr ayı üçün tələbələri maliyyələşdirib xaricə göndərmək planlaşdırılır, ilkin siyahı 30 martadək açıqlanacaq”, deyə nazir bildirdi.

Nazirin sözlərinə görə,  həmin gənclərin də geri qayıtması üçün bütün addımlar atılacaq.

“Həmin şəxslərin işlə təmin olunması məsələsinə gəldikdə, 400 nəfərin əmək bazarında iş tapma problemi ilə üzləşəcəklərini düşünmürük. Hesab edirik ki, onlar ölkəyə qayıtdıqdan sonra işlə təmin olunacaqlar. Amma Dövlət Proqramında bununla bağlı müvafiq tədbirlər nəzərdə tutulub. Qıısa zaman ərzində həmin tədbirlərin hazırlanıb ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Xaricdə təhsillə bağlı birinci Dövlət Proqramı üzrə xaricdə təhsil alan tələbələrimizin əksəriyyəti ölkəyə qayıdıb. Onlardan bəziləri hətta yüksək siyasi vəzifələr tutur”, – deyə Emin Əmrullayev vurğuladı.
Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilib. Təhsil Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirməli və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP   

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi