Şagirdlərin məktəbəqədər təhsil müəssisələrinə qəbuluna yay aylarından başlanılacaq.
Bunu təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib. Onun sözlərinə görə, artıq sentyabrda məktəbəqədər təhsil müəssisələrinə şagirdlərin qəbulu yay aylarından onlayn qaydada keçiriləcək:
“Bu isə əsaslı şəkildə xoşagəlməz halların aradan qaldırılmasına səbəb olacaq. Bu il bağçalara işə qəbulla bağlı vakansiyaların elan edilməsi və qəbulu müəllimlərin işə qəbulu vasitəsilə olacaq. Bununla bağlı nümunəvi sual və sualların mahiyyəti Novruz bayramından sonra açıqlayacağıq”.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP






