“Rusiya ABŞ və onun müttəfiqlərini Avropada orta və qısa mənzilli raketlərin yerləşdirilməsinə moratoriuma qoşulmağa çağırır”.
“RİA Novosti” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.
“Ölkəmiz birtərəfli qaydada ABŞ istehsalı sistemlərin yerləşdirilmədiyi regionlarda analoji sistemlərin yerləşdirilməməsini öz üzərinə öhdəlik götürüb. Biz ABŞ və müttəfiqlərini bizdən nümunə götürməyə çağırırıq”, – nazir vurğulayıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP






