Bu ölkələr Ukraynadan çıxmaq istəyən azərbaycanlıları qəbul edəcək – XİN-dən AÇIQLAMA

Moldova və Polşadan sonra Slovakiya da yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul edəcək.

Bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Slovakiyaya gedə bilər:

– Azərbaycan vətəndaşlarının iki ölkə arasındakı Ujqorod, Malyi Selmentsi və Malyi Bereznyi (Pavlove, Çop dəmir yolu keçidləri hesab olunur) sərhəd-keçid məntəqələri vasitəsilə Slovakiyaya daxil olmaları mümkündür.

– Slovakiya tərəfi şəxslərin Ukrayna ərazisini münaqişə səbəbindən tərk edilməsini nəzərə alaraq, onlardan viza tələbinə riayət olunmasını mütləq şəkildə tələb etmir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport) təqdim etməlidir.

– Slovakiya tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.

Ukraynadakı vəziyyət ilə əlaqədar və vətəndaşların təxliyə olunması üçün Slovakiya Respublikasının aşağıdakı rəsmi qurumları ilə əlaqə saxlanıla bilər:

· Slovakiya Respublikasının Daxili İşlər Nazirliyi
Email: ladislav.chabrecek@minv.sk

Telefon: +4212961050730, +421905607843

· Slovakiya Respublikasının Xarici və Avropa Məsələləri Nazirliyi
Email: vladimir.simonak@mzv.sk

Telefon: +421259783080, +421918660332

Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Avstriya Respublikasındakı, Slovakiya Respublikasındakı və Sloveniya Respublikasındakı Səfirliyi ilə +43 676 844 509 733 nömrələri ilə və vienna@mission.mfa.gov.az elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.

Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP   

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi