Ukrayna prezidenti Vladimir Zelenski ukraynalılara növbəti videomüraciətini edib.
Ukrayna mediasının məlumatına görə, o qeyd edib ki, prezidentin ofisinin rəhbəri Andrey Yermak, ölkənin baş nazir Denis Şmıqal, “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya və prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Kiyevdədirlər.
O əlavə edib ki, bütün ukraynalılar öz ölkələrini müdafiə edirlər.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP







