“Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

Fevralın 24-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Fransanın “Marsel” komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda qonaqlar 3:0 hesabı ilə qalib gəliblər. Oyunda hesabı matçın 12-ci dəqiqəsində “Marsel”in heyətində Pap Quye açıb. Qarşılaşmanın 34-cü dəqiqəsində “Qarabağ” klubu fərqlənməyə imkan tapsa da, top İbrahim Vadjinin əlinə dəyib tora daxil olduğuna qol qeydə alınmayıb.

Görüşün ikinci hissəsində Ağdam təmsilçiləri bir neçə dəfə təhlükəli hücumlar etsələr də, fərqlənə bilməyiblər. “Qarabağ” futbolçularını əks-hücumda yaxalayan qonaqlar isə matçın 77-ci dəqiqəsində Matteo Qenduzinin qolu ilə hesab arasındakı fərqi artırıblar. Görüşün sonunda – 90+2-ci dəqiqədə “Marsel”in heyətində De La Fuenten oyunda son nöqtəni qoyub – 0:3.

İlk oyunda 1:3 hesabı ilə məğlub olan ağdamlılar iki oyunun cəminə görə 1:6 hesabı ilə uduzaraq UEFA Konfrans Liqasında mübarizəsini dayandırıblar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP   

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi