Krım yarımadasından Ukrayna ərazisinə daxil olan Rusiya hərbçiləri Xerson şəhərinə girib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov cümə axşamı keçirdiyi brifinqdə bildirib.
“Krım istiqamətində reyd dəstələrinin və hava-desant qoşunlarının birgə istifadəsi rus qoşunlarının Xerson şəhərinə çıxışını təmin edib”, – Konaşenkov deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri Ukraynanın hərbi infrastrukturunun 83 yerüstü obyektini sıradan çıxarıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP






