Atəş açıldı: Putin hansı planı işə salır?

Ukrayna separatçıların Luqansk əyalətində kəndləri atəşə tutduğunu bildirir. Uşaq bağçası, dəmiryolu stansiyası və lokomotiv deposuna zərbələr endirilib. Görüntülər də dağıntıların olduğunu təsdiqləyir.

Rusiya və separatçılar isə Ukrayna ordusunu hücuma keçməkdə ittiham edirlər. Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin gözlənildiyi vaxt separatçıların olduğu bölgədə eskalasiyanın yenidən başlanması Moskvanın Donetsk və Luqanskla bağlı dövriyyəyə saldığı planının tərkib hissəsi kimi görünür:  “Rusiya Dövlət Duması iki separatçı rejimin “müstəqilliyini” tanımaqla bağlı qanun layihəsini qəbul etdi, indi son sözü Putin deyəcək. Kremlin bu gedişlə iki ssenarini işə salır və ikisindən birini gerçəkləşdirmək niyyətindədir. A Planı: Kiyevi Minsk razılaşmasına məcbur etmək; Rusiya ABŞ-la qarşıdurmada Fransa və Almaniyanın tutduğu mövqedən Minsk razılaşmasının icrası üçün də istifadə edir. Putin-Makron və Putin-Şolz danışıqlarında əsas maddələrdən biri də bu idi. Paris və Berlin bununla ABŞ-ı prosesdən kənarlaşdırmaq, Avropada müharibə riskini aradan qaldırmaq istəyir; Moskva separatçıların yüksək status əldə etməsinə nail olur və bununla Ukraynanın NATO-ya inteqrasiyasının qarşısını alır; Şolz Moskvaya səfərdən öncə Zelenski ilə görüşdü və bildirdi ki, Ukrayna prezidenti Donbasla bağlı qanun layihələri paketini – yüksək statusun verilməsi, yerli seçkilərin keçirilməsi haqqını tanınması və s. –  təqdim edəcəyinə söz verib. Ardınca Moskvada Putinlə bu məsələni müzakirə etdi. Putin Şolza “Luqansk və Donetsktin tanınması qərarı deputatların ölkədə ictimai rəyi nəzərə alması ilə bağlıdır” dedi, eləcə də “Donbasda rusdilli əhaliyə qarşı soyqırımı olduğunu” da iddia etdi. Bununla demək istəyirdi ki, separatçıların “müstəqilliyini” Minsk razılaşmasının yerinə yetirilməsi şərti ilə tanımaya bilərəm. Putin də anlayır ki, separatçıların “müstəqilliyi”nin tanınması danışıqların ləğvi və ABŞ-a qarşı istifadə etdiyi Avropa cəbhəsini də itirməsi ilə nəticələnə bilər. Bu, Fransa və Almaniyanın ABŞ qarşısında əlini zəiflədəcək və Avropada böyük eskalasiya riskini artıracaq. Bu baxımdan, mövcud vəziyyətdə Dumanın qərarı Ukrayna cəbhəsində konkret nəticə əldə etmək üçün Avropanı tələsdirməyə məcbur etmək məqsədi daşıyır.

B Planı: Luqansk və Donetski ilhaq etmək; Putin Luqansk və Donetskin “müstəqilliyini” tanımaq məsələsini rıçaq kimi istifadə etməklə yanaşı, proseslərin inkişafına uyğun olaraq, sonda buna getmək imkanını da əlində saxlayır. Fransa və Almaniya nəticə əldə edə bilməsə və Rusiyanın ABŞ-NATO qarşısında rıçaqları artıq işləməsə, Moskva son anda “tarana” gedə və separatçıların “müstəqilliyini” tanıya bilər. Bu tanınma Krımın ilhaqı ssenarisinin təkrarı olacaq və separatçı bölgələr Rusiyaya birləşdiriləcək. İndi Moskvanın “rus əhalisinə hücum edilir” iddiasında haqlı çıxması üçün səbəblər lazımdır və separatçıların atəş açması, bölgədə lokal eskalasiya bu səbəbləri yaradan amildir”.

Onun bildirdiyinə görə, lokal eskalasiya Rusiya üçün heç də risksiz ssenari deyil: “Birincisi, separatçıların Ukrayna ordusu qarşısında duruş gətirmək imkanı azdır və rəsmi Kiyev hərbi müstəvidə irəliləyiş əldə edərsə, münaqişə ilə bağlı yeni masanın qurulmasını və Minsk razılaşmasında əleyhinə olan müddəaların ən azı yumşalmasına nail ola bilər. İkincisi, ABŞ lokal eskalasiyanı Rusiyanın Ukraynaya hücumu kimi qəbul edə və cavab ssenarisini işə sala bilər. Bu baxımdan, baş verənlərdən hansı tərəfin qazanclı çıxması kimin daha ağıllı gediş etməsindən asılı olacaq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir