Arayik tezliklə istintaqa təqdim olunacaq – RƏSMİ

Özünü qondarma “Dağlıq Qarabağ” adlı qurumun rəhbəri kimi təqdim edən Araik Arutyunyan qısa müddətdə tutularaq istintaqa cəlb ediləcək.

Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib. O qeyd edib ki, Arutyunyan 2020-ci ilin oktyabr ayınnda Gəncə şəhərində dinc əhaliyə qarşı törədilən 4 terror hücumunda təqsirləndirilir.

“Bu terror Ermənistan ərazisindən törədilmişdi. Hadisə nəticəsində 26 dinc sakin qətlə yetirilmiş, 175 nəfər isə xəsarət alıb. Oktyabrın 4-də Araik Arutyunyan öz sosial şəbəkə hesabından bu terrorun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib.

Arayik Arutyunyanın istintaqa təhvil verilməməsi müvəqqətidir. Arutyunyan hansısa ərazidə sərbəst gəzə bilər. Hesab edirəm ki, beynəlxalq konvensiyaya uyğun olaraq qısa müddət ərzində istintaq və əməliyyat qrupları tərəfindən Arutyunyan saxlanılaraq istintaqa təhvil veriləcək”, – deyə idarə rəisi bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP    

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi