Fevralın 9-da Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Yeraltı təkanların episentrinin 300 mindən çox əhaliyə malik Naha şəhərindən 131 kilometr şimal-qərbdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP






