Azərbaycanın 8 erməni hərbçini Ermənistana təhvil verməsi Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdən sonra müsbət irəliləyişlərinin daha bir göstəricisidir.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün tviter hesabında paylaşımında bildirib.
Şarl Mişel Avropa İttifaqının regionda sabitliyi və rifahı dəstəklədiyini də vurğulayıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP






