Bir qurum DİN-ə, digəri isə Meriyaya verildi

Bakı Nəqliyyat Agentliyin (BNA) tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” (NİİM) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Prezidentin digər Fərmanı ilə BNA publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP