Bakıda “Mercedes” işıq dirəyinə çırpıldı: ÖLƏN VAR

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə fevralın 4-də saat 9 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini Rəvan Muxtarov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə xəsarət alan sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişininin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP