Ankarada Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin otuz illiyinə həsr olunan konfrans keçirilib

Ankarada Türkiyə ilə Azərbaycan arasında diplomatik münasibətlərinin bərpasının 30-cu ildönümünə həsr olunan konfrans keçirilib.

Konfransın açılışında Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev, Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran, SETA-nın (Siyasət, Ekonomi və Toplum Araştırmaları Vakfı) təmsilçisi Murat Yeşiltaş və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ufuk Ulutaşın çıxışları dinlənilib.

Sonra “Türkiyə-Azərbaycan əlaqələrinin siyasi və hərbi miqyası” və “Enerji, daşımalar və iqtisadi əlaqələr” mövzularında panellərdə Oktay Tanrısevər, Fərhad Prinççi, Cavid Vəliyev, Mikayıl Yusifov, İlham Kamal Tuğ və başqaları fikirlərini bölüşüblər.

Çıxışlarda Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin bərpasından ötən dövr ərzində baş vermiş proseslər ətraflı təhlil olunub. Diqqətə çatdırılıb ki, Azərbaycanla Türkiyə arasında mövcud olan münasibətlər bütün dünyada nümunəvi nəticələrlə xarakterizə edilir. Bu nəticələrin təməlində düzgün müəyyənləşdirilmiş strategiya, liderlərin dəqiq və qətiyyətli qərarları, hər iki ölkənin geosiyasi üstünlükləri kimi amillər dayanır. Bütün bunlarla bərabər, əsrlərə söykənən qardaşlıq və doğmalıq Azərbaycan-Türkiyə münasibətlərinin inkişafının təməli olmaqla bərabər, bu əlaqələrin gələcəyinin zəmanətidir.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsinin dəfələrlə xatırlandığı çıxışlarda diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun və xalqının Qarabağda qazandığı möhtəşəm Zəfər Azərbaycan-Türkiyə əlaqələrinin ortaya çıxardığı birlik gücünə əlavə güc verib. Ermənistanla normallaşma prosesi və Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan müzakirələrdə məhz Qarabağ Zəfəri həlledici amildir.

Bu tarixi Zəfərin qazanılmasında Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə ictimaiyyətinin Azərbaycana göstərdiyi qətiyyətli siyasi-mənəvi dəstək yüksək dəyərləndirilib.

Çıxışlarda iki qardaş ölkə arasında diplomatik əlaqələrin daha səmərəli nəticələr verməsi üçün irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP      

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib