Pekin növbəti dəfə Olimpiya Oyunlarına ev sahibliyi edir

Dünya idman ictimaiyyətinin diqqəti hazırda Pekinə yönəlib. Çinin paytaxtı 24-cü Qış Olimpiya Oyunlarına ev sahibliyi edir. Bir neçə saatdan sonra idmansevərlərin hələ 2008-ci il Yay Olimpiya Oyunlarından yaxşı tanıdığı məşhur “Quş yuvası” stadionu növbəti dəfə Olimpiya Oyunlarının mərkəzinə çevriləcək. Qış Olimpiya Oyunlarının da açılış və bağlanış mərasimləri 2008-ci ildə olduğu kimi, “Quş yuvası” stadionunda təşkil olunacaq.

Təşkilat komitəsi açılış mərasiminin ssenarisi ilə bağlı geniş açıqlama verməsə də, idmansevərləri maraqlı, qeyri-adi şounun gözlədiyini bildirib. Mərasim təxminən 1 saat 40 dəqiqə davam edəcək. Şouda 3 minə yaxın insan iştirak edəcək ki, bunların da əksəriyyətini gənclərdir. “Pekin-2022” Qış Olimpiya Oyunlarına 19 minə yaxın könüllü cəlb olunub.

Açılış mərasimində xeyli sayda dövlət və hökumət başçıları, rəsmi şəxslər iştirak edəcək. Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də açılış mərasimini izləyənlər arasında olacaq.

Artıq fevralın 2-dən idmanın bir neçə növü üzrə yarışlara start verilib. Olimpiya Oyunları üzrə yarışlar üç fərqli yerdə keçirilir. Bunlar “Quş yuvası” stadionu daxil olmaqla bəzi idman arenalarının yerləşdiyi “Olimpiya” parkı, Pekinin Yançin rayonu və açıq məkan yarışlarının keçiriləcəyi Canciakou şəhəridir. Hər üç yerdə də “Atletlər kəndi” fəaliyyət göstərir. “Pekin-2022” Olimpiya Oyunları üçün 39 məkan ayrılıb ki, onun 12-si idman arenasıdır.

Artıq Olimpiya Oyunlarında iştirak edən idmançıların, o cümlədən heyətlərin böyük hissəsi Pekinə gəlib. Olimpiya Oyunlarında 91 komanda ümumilikdə idmanın 15 növü üzrə yarışacaqlar.

Olimpiya Oyunlarından danışarkən təbii ki, pandemiyanı da unutmamalıyıq. Çünki “Pekin-2022” COVID-19 pandemiyası dövrünə təsadüf edən ikinci Olimpiadadır. Ev sahibi ölkə idman festivalı vaxtı atletlərin və heyət üzvlərinin sağlamlığını qorumaq üçün epidemiya əleyhinə sərt qaydalar tətbiq edir. Belə ki, yanvarın 23-dən etibarən “Qapalı sistem” tətbiq olunur. Xaricdən gələn atletlərin və heyət üzvlərinin “Olimpiya kəndləri”ndən və yarışların keçiriləcəyi arenalardan kənara çıxmasına icazə verilmir. Onlar hər gün test verirlər. Testin cavabı müsbət olanlar təcrid edilirlər və karantin dövrünü başa vurduqdan sonra onlara yarışlara qoşulmağa icazə verilir. İndiyədək Olimpiya Oyunları üçün xaricdən gələnlərdən təxminən 300 nəfərin verdiyi testin cavabı pozitiv olub.

Pandemiya ilə əlaqədar Olimpiya Oyunlarını arenalarda izləmək üçün xaricdən tamaşaçılar qəbul edilmir. Yerli tamaşaçılara isə açıq bilet satışı ləğv edilib. Yalnız dəvətnamə əsasında məhdud sayda tamaşaçı yarışları məkanlarda izləyə biləcək. Proqnozlara əsasən, yarışları ümumilikdə 150 min tamaşaçı izləyə biləcək. Başqa sözlə, COVID-19 pandemiyası idmansevərləri “Tokio-2020” Yay Olimpiya Oyunlarından sonra “Pekin-2022” Qış Olimpiya Oyunlarını da arenalarda izləməkdən məhrum etdi.

Azərbaycanı Olimpiadada Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edəcəklər. Hər iki idmançımız fiqurlu konkisürmə yarışlarında mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP      

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi