The Guardian” qəzeti təkzib edir, bəs biz ?

“The Guardian” qəzeti fevralın 1-də London məhkəməsinin qərarını şərh edərkən səhvən “C. Feyziyevin ailə üzvləri tərəfindən təqdim olunan sənədlərin saxta olduğunu” bildirmişdi. Vəkillərin müraciətindən sonra The Guardian qəzeti öz səhifələrində təkzib verib və bu barədə C. Feyziyevin vəkillərinə məktub göndərib.

Qəzetdə verilmiş cavab məktubunda ilkin mətndə bu məzmunda verilmiş müvafiq cümlələrin yanlış olduğu etiraf olunub və bu səhvin dərhal aradan qaldırılacağı bildirilib. Elə həmin gün qısa müddət ərzində qəzetin şərhindəki səhvlər aradan qaldırılb.

Əlavə olaraq qəzetin özünün “Düzəlişlər və Təkziblər” rubrikasında, eləcə də qəzetin elektron versiyasındakı xəbər mətninin altında qeyd olunub ki:

“Məqaləyə 1 fevral tarixində düzəlişlər edilib. Belə ki, bu məqalənin ilkin variantında səhvə yol verilmiş və  bildirilmişdi ki, “…məhkəmə araşdırmaları zamanı Cavanşir Feyziyevin ailə üzvləri tərəfindən saxta sənədlər təqdim edilib…”.  Bununla bildirmək istəyirik ki, məhkəmə gedişatında hər hansı bir saxta sənədin təqdim olunması barədə nə hakim və nə də Milli Cinayət Agentliyi tərəfindən heç bir iddia irəli sürülməyib.”

Məktubda həmçinin bildirilir ki, sənədlərin saxtalığı ilə bağlı iddialar yalnız  bir-biri ilə ticari münasibətlərdə olduğu güman edilən və cavabdehlərə aidiyyatı olmayan 3 şirkətə  aiddir.

Xatırladırıq ki, daha əvvəl Cavanşir Feyziyevin öz müsahibəsində də vəsaitlərin Beynəlxalq Bank vasitəsilə köçürülmüş hissəsində köçürmə əməliyyatlarının tam aydın və şəffaf olmadığı və məhkəmənin bu əməliyyatlar zamanı həmin 3 şirkət arasında hansısa qeyri-qanuni əməlin  törədilməsindən  şübhələndiyi bildirilirdi. Lakin məhkəmədə şübhə doğuran bu köçürmə əməliyyatlarının bank müştərilərinə, o cümlədən C.Feyziyevin ailə üzvlərinə heç bir aidiyyatı yoxdur.

Dünya şöhrətli The Guardian qəzetinin təkzib mədəniyyətindən örnək götürərək Azərbaycan saytları da cavabdehlər tərəfindən guya saxta sənədlərin təqdim olunması barədə verilmiş yanlış məlumatları və şərhləri saytlardan silməlidir.

Bu bir tərəfdən haqsız olaraq öz vətəndaşımz haqqında verilmiş yanlış məlumatı aradan qaldırar və digər tərəfdən, milli yazarlarımızın  jurnalist etikasına, öz peşəsinə və imzasına hörmətinin təzahürü olardı.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP      

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib