Aralıq dənizində 5,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyənin Antalya vilayətinin Gazipaşa rayonuna yaxın bölgədə meydana gəlib.
Zəlzələnin ocağı dənizin 13 kilometr dərinliyindədir.
AFAD hələ ki, zəlzələ ilə bağlı heç bir mənfi məlumatın olmadığını, hadisələrin izləndiyini açıqlayıb.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP






