Marneulidə azərbaycanlı qızlardan ibarət basketbol komandası yaradılıb

 

Fidan Bayramova 23 avqust 2005-ci ildə Marneuli şəhərində anadan olub. 2018-ci ildən basketbolla məşğul olur. 2021-ci ildə onun təşəbbüsü ilə Marneulidə azərbaycanlı qızlardan ibarət basketbol komandası yaradılıb. Hazırda Marneulidəki 8 saylı açıq tipli məktəbin 11-ci sinfində təhsil almaqla yanaşı, həmin komandanın baş məşqçisi kimi də fəaliyyət göstərir.

 

 

  • Qızlardan ibarət basketbol komandası yaratmaq ideyası necə yarandı?

 

 

  • Mən 2018-ci ildən basketbolla məşğulam. Tək məqsədim də o idi ki, basketbolçu olum və Gürcüstanın milli komandasında yer alım. İki il Marneuli komandasında oynadım. Lakin bizim komandamız pandemiyadan dolayı dağıldı. Sonra mən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Orxan Pirverdiyevə qızlar üçün basketbol klubunun yaradılmasını təklif etdim. O, təklifimə müsbət yanaşdı və böyük məmnuniyyətlə bizə dəstək oldu. Nəticədə yalnız qızlardan ibarət 30 nəfərlik qrup yaratdım.

 

 

  • Komandanın hədəfləri nədən ibarətdir?

 

 

  • Komandamın hədəfləri uşaqlara idmanı sevdirmək və Gürcüstan azərbaycanlılarının gələcəkdə nə cür uğurlar əldə edə biləcəyini bütün dünyaya göstərməkdir. İnanıram ki, məqsədlərimizə yaxın gələcəkdə nail olacağıq.

 

 

  • Komandanın maddi-texniki problemlərini necə həll edirsiniz?

 

 

  • Komandanın maddi-texniki problemləri Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin hesabına həll olunur. Ancaq bizim toplara və formalara ehtiyacımız var. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bu kimi məsələlərdə Gürcüstanda yaşayan azərbaycanlılardan dəstəyini əsirgəmir. Ona görə də Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi vasitəsilə Komitə rəhbərliyinə müraciət etmək fikrindəyəm. Maddi və mənəvi dəstək görəcəyimizə şübhəm yoxdur.

 

 

  • Ümumiyyətlə, Marneulidə azərbaycanlı qızların idmana marağı hansı səviyyədədir?

 

 

  • Gürcüstanda azərbaycanlı qadınların idmana olan marağı hədsiz dərəcədə çoxdur. Hər bir idman növü yalnız oğlanlar üçün nəzərdə tutulduğu üçün qadınlarımızın idmanla məşğul olmaq şansı heç vaxt olmayıb. Yaratdığımız basketbol klubu regionda yaşayan azərbaycanlı qadınlar üçün yaradılan ilk idman klubudur.
  • DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP      

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi