Dövlət Toxum Fondu tərəfindən toxumluq sahələrin monitorinqi aparılır

Dövlət Toxum Fondu tərəfindən 2021-ci ildə ölkəyə Rusiyanın Krasnodar vilayətindən yüksək məhsuldarlığa malik, quraqlığa və xəstəliyə davamlı  80 ton “Qrom”, 100 ton”Tanya” və 160 ton”Alekseiç” sortları olmaqla ümumilikdə 340 ton elit buğda toxumu idxal olunub. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a bildirilib ki, fermer və təssərüfat sahibləri tərəfindən alınan “Qrom”, “Tanya” və “Alekseiç” buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib. Dövlət Toxum Fondunun aqronomu və mütəxəssisləri tərəfindən əkin sahələrinə nəzarət tədbirləri həyata keçirilir. Belə ki, toxum əkilmiş sahələrə baxış keçirilir, fermer və təssərüfat sahibləri ilə söhbətlər aparılır, səpindən sonra aparılacaq aqrotexniki qulluqlarla bağlı tövsiyyələr verilir. Hazırda bölgələrdə monitorinq işləri davam etdirilir. Qeyd edək ki, P.P. Lukyanenko adına Krasnodar Elmi Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmış qeyd olunan sortların toxumu pas, unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlı, septerioz və fuzarioza qarşı orta həssasdır. Toxumlar 99 faizlik cücərmə qabiliyyətinə malikdir və sortların Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğunluğu nəzərə alınıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP       

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi