Cavanşir Feyziyevin ağır daşı kimin başına düşüb?
Cəmiyyətdə qəribə tendensiya yaranıb. Milli Məclis üzvlərinin ayağına daş dəsyə sevinir, onların etdiyi hər bir işə şəbədə qoşur, hətta vətəndaşlar üçün səslənən müsbət təklifə belə kinayə ilə yanaşırlar. Sanki deputatlar bu xalqın düşmənidir. Etiraf edək ki. altıncı çağırış Milli Məclis deputatları kimi səmimi, bu deputatlar qədər vətəndaşaların yanında olan, verdiyi vədlərin yerinə yetirilməsi yönündə çabalayan millət vəkilləri görməmişəm. 3 cağırış, 15 ildir ki, parlament müxbiri kimi fəaliyyət göstərirəm. Bu müddətdə deputat var idi ki, biz jurnalist olaraq qəbuluna düşə bilmirdik. Ona yaxınlaşmaq, sual vermək, sual verib də cavab almaq müşkilə çevrilmişdi. Vallah heç o deputata gözün üstə qaşın var da deyən yox idi. Bəzən düşünürsən cəmiyyətə sadə, səmimi məmur, millət vəkili lazımdırmı?
Ötən günlərdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Biləsuvardan bir şəkil paylaşıb. Sadə vətəndaşlar arasında gəzən, onların problemləri ilə maraqlanan deputat axırda yorğunluğunu almaq üçün elə sadə vətəndaşların arasında bir yudum çay içib. Deputatın bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən bir mənalı qarşılanmayıb. Hərə bir söz, hərə bir “tərif” yağdırır. Deputatın kəndbə kənd gəzməsi, vətəndaşların problemləri ilə maraqlanması heç kimi maraqlandırmır.
Gündəm mövzusu da digər Millət vəkili Cavanşir Feyziyev olub. Onunla bağlı London Məhkəməsinin çıxardığı qərara yerindən duran münasibət bildirir. Deputatın fəaliyyətinə kölgə salmağa çalışırlar. Hətta bir çoxları artıq Cavanşir Feyziyevin ölkəni tərk etməsi yönündə də fikir səsləndirir. İnanın ki. kənardan bu kimi yanaşmalar elə bəsit görünür ki, bu yöndə danışmamağa, susmağa üstünlük verirsən. Ancaq olmur! Ona görə ki. Cavanşir Feyziyev Azərbaycan reallığının, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması yönündə elə misilsiz iş görüb ki, bu işlər Qələbəmizin təməlində önəmli yer tutur. Onun Böyük Britaniyada eləcə də digər beynəlxalq təşkilatlarda qaldırdığı məsələlər barəsində təkcə ölkə mediası deyil, beynəlxalq media davamlı yazılar dərc edib.
Məsələnin digər tərəfi var. Təəssüf ki. bu məqam isə diqqətdən yayınır. Cavanşir Feyziyev öz çəkisi, imkanları daxilində iş görən deputatlardandır. İnsafən onu da deyim ki. müraciət edən hər kəsi dinləməyi bacarır, onların probleminə kömək edir. Yəqin ki, bunu ən çox onun seçiciləri təsdiq edər. 2020-ci ilin Parlament seçkilərində Balakəndən üzü Bakıya qayıdırdım. Yolüstü Şəkidə dayanmalı oldum. Cavanşir Feyziyevin Seçki Qərargahında köməkçisi ilə rasdlaşdıq. Qısa söhbət zamanı aydın oldu ki. həyata keçirilən kompaniya uğurla davam edir. Ancaq bu kompaniya barəsində ciddi reklam tədbirləri görülmür. Çünki. Cavanşir müəllim hər bir şəkiliyə, hər bir seçicisinə özü kimi baxır. Onlara yuxarıdan aşağı yox, onlara öz doğması, əzizinə olan isti münasibəti göstərir. Kiçik bir araşdırma aparsanız sizdə bunun şahidi olarsınız ki. heç bir şəkili (təbii ki. hər yerin yaxşısı da var pisi də) Cavanşir Feyziyevin əleyhinə danışmır. Ən azından mən bunun şahidi olmamışam. Sosial şəbəkədə olan səhifə hər kəsin simasını göstərir. Burda da sayın millət vəkili ilə bağlı neqativ rəylərə rast gəlmək mümkün deyil….
Sonda isə onu deyim ki, Cavanşir Feyziyev xaricdə nəinki düşmənlərimiz, eyni zamanda sapı özümüzdən olan baltalara qarşı mübarizə aparır. Hər kəs hər kəsin barəsində danışa, fikir yürüdə bilər. Ancaq elə fikir yürüdək ki. sonra söylədiyimiz fikir bizə miskinlik gətirməsin.
Ədil Ədilzadə
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP