Bəhruz Nəbiyev: İsveçrəyə qələbə əhval-ruhiyyəsi ilə getmişdik və biz bunu bacardıq

Biz artıq dördüncü dəfə dünya kubokuna qatılırıq. Əvvəllər bu turnir dörd komandanın iştirakı ilə keçirilirdi. Bu il reqlamentdə dəyişikliklər olduğu üçün biz dünyanın ən güclü altı komandası ilə mübarizə aparmağa məcbur idik.

Bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev İsveçrənin Sankt-Morits şəhərində keçirilən qarüstü polo üzrə 37-ci dünya kubokunu qazanmış “Land of Fire” komandasının Vətənə qayıdışından sonra AZƏRTAC-a açıqlamasında bildirib.

Ötən illərə nisbətən rəqib komandaların builki turnirə daha güclü heyətlə qatıldığını diqqətə çatdıran Bəhruz Nəbiyev deyib: “Komandamızın bu vaxta kimi ən yüksək nəticəsi üçüncü yer olub. Turnirdən əvvəl bizim hədəflərimiz bəlli idi, bu isə yalnız çempionluq idi. İsveçrəyə qələbə əhval-ruhiyyəsi ilə getmişdik və biz bunu bacardıq. Hər bir idmançımız bu turnirə ən yüksək motivasiya ilə qatılmışdı. Ard-arda qələbələr və final görüşü bir daha sübut etdi ki, “Land of Fire” komandası nələrə qadirdir.

Turnirə 10 gün qalmış biz komanda ilə Sankt-Morits şəhərində təlim-məşq toplanışı etdik. Bu da bizim qələbə əhval-ruhiyyəsində olduğumuzun bir daha bariz nümunəsidir.

Onu da vurğulayım ki, Sankt-Morits şəhəri dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir. Biz bir federasiya olaraq hər bir xırda incəlikləri nəzərə aldıq. Belə ki, idmançıların və atların oranın havasına, yerinə uyğunlaşması böyük önəm kəsb edir. Bunun üçün biz belə addım atdıq. Bu çətinliklərə rəğmən komandamız həddindən artıq iddialı turnir keçirdi. Qarşıda bizi bu ilin sentyabr ayında Avropa çempionatı gözləyir. İnanıram ki, həmin o turnirdə komandamız layiqincə çıxış edəcək, deyərdim hətta favorit olduğunu yenə sübut edəcək. Ümidvaram ki, biz ev sahibi olacağımız çempionatı yaddaqalan edəcəyik. Bir daha bu böyük qələbə münasibətilə hər kəsi təbrik edirəm”.

Qeyd edək ki, yanvarın 27-dən start götürən və 6 komandanın iştirak etdiyi turnirdə komandamızın ilk görüşdəki rəqibi “Perrier Jouet” komandası olub. Oyunda inamlı qələbə qazanmış komandamız 2019-cu ilin qalibi “Badrutts Palace” ilə yarımfinal matçında əzmkarlıq nümayiş etdirərək rəqibini məğlub edib və turnirin həlledici final qarşılaşmasında “Clinique La Prairie” ilə üz-üzə gəlib.

Yanvarın 30-da final oyununa rəqib komanda reqlamentə uyğun olaraq yarım xal fərqlə öndə başlayıb. Lakin buna baxmayaraq, “Land of Fire” komandası prinsipial oyunun bütün komponentlərində rəqibdən üstün olaraq 6-2,5 xal hesabı ilə qələbə qazanıb.

Beləliklə, Azərbaycan poloçuları tarixdə ilk dəfə qarüstü polo üzrə dünya kubokunun sahibi adını qazanıblar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi