Türkiyədə “Eren Qış-17” antiterror əməliyyatlarına başlanılıb VİDEO

Türkiyənin Muş rayonunda “Eren Qış-17” (Eren Kış-17 Şehit Jandarma Üsteğmen İsmail Moray Operasyonu) antiterror əməliyyatına başlanılıb.

Əməliyyat terrorçuları “axtar, tap, yox et” taktikası ilə zərərsizləşdirmək, hücumlara hər cür hazırlıqlarını boşa çıxarmaq və bölgədə dinclik mühitini gücləndirmək məqsədi daşıyır.

Nazirliyin Muş rayon bölmələri, eləcə də təhlükəsizlik qurumlarının bölmələrindən ibarət 1071 nəfərlik heyət, 74 operativ dəstə əməliyyata cəlb olunub.

Qeyd edək ki, ölkə daxilində terrorun tamamilə ortadan qaldırılmasına qarşı icra edilən Eren əməliyyatları vətəndaşların dəstəyi ilə qərarlı şəkildə və müvəffəqiyyətlə davam edib. Hazırda ölkə daxilində, eləcə də İraq və Suriya ərazilərində antiterror əməliyyatlarını uğurla davam etdirən Türkiyənin təhlükəsizlik qüvvələri son 3-4 ildə terror təşkilatlarına sarsıdıcı zərbə vurublar. Dağlarda terror düşərgələrinə məxsus mağara və sığınacaqlar ələ keçirildikcə terrorçular daha da sıxışdırılır. Xüsusilə PKK tərəfindən zorla terrorçuluğa cəlb edilən aldadılmış insanların normal həyata qayıtması üçün ciddi tədbirlər görülür. Aparılan təbliğat-təşviqat işləri nəticəsində çox sayda aldadılmış şəxs, eləcə də azyaşlı qaçaraq PKK sıralarından yollarını ayırıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi