Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Əlillik əngəl deyil” videokonfransı marağa səbəb olub

 

Uşaq İnkişaf Mərkəzinin təşəbbüsü və DİDK-nın təşkilatçılığı ilə baş tutan konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Azərbaycan və Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri də iştirak edib.

DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan tədbirdə Dispor TV-də  haqqında sənədli film hazırlanan və  İstanbulda yaşayan diaspor fəalı, hər iki ayağını 3 yaşında itirən Vəfa Aktuz sağlamlıq imkanları məhdud uşaqları olan ailələrə, onların üzv olduqları təşkilatların nümayəndələrinə öz tövsiyələrini verib.   

Müzakirələr zamanı əlillərin cəmiyyətə adaptasiyası, əlilliyin cəmiyyət üçün əngəl olmaması barədə fikir mübadiləsi aparılıb. 

Uşaq İnkişaf Mərkəzinin direktoru Aynur Musayeva eşitmə əngəli olan bir övlad anası kimi  apardığı həyat mübarizəsinin çətinliyindən və oğlunun bu gün rəssam kimi əldə etdiyi  uğurlardan danışıb.

Konfransda əlilliyin əngəl olmadığını göstərən olduqca maraqlı həyati faktlar dinlənilib, Ailə, Qadın və Uşaq Problemləri üzrə DK-nın nümayəndəsi Zülfiyyə Sadıqova, Hemofiliyalı Xəstələrin Respublika Assosiyasiyasının təmsilçiləri Gülnarə Hüseynova və Ayaz Hüseynov,  Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli,  Etika Akademiyasının direktoru Günel İbrahim, Akademiyanın direktor müavini Fəridə Əkbərli, jurnalist Raminə Eyvazqızı və digər iştirakçılar fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, əlilliyi olan uşaqların rifahı naminə aparılan dövlət siyasəti günü- gündən güclənir və uşaqların rifahının yüksəldilməsi Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.

Sabiq millət vəkili, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova Türkiyədə reabilitasiya keçən  qazilərimizə psixoloji dəstək göstərən Vəfa Aktuzun təqdirəlayiq davranış sərgilədiyini və nümunə olduğunu qeyd edib.  

Ayrı-ayrı insanların şəxsi həyat nümunələri konfrans iştirakçılarının marağına səbəb olub və  iştirakçılar belə faydalı görüşün təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildiriblər. 

Qeyd edək ki, Vəfa Aktuzun həyat mücadiləsi, bütün çətinliklərə təkbaşına qalib gəlməsi “Vətən uzaqda deyil” proqramında işıqlandırılıb və tamaşaçıların böyük marağına səbəb olub.  Həmin videomaterialı aşağıdakı linkdən izləmək olar.

https://www.youtube.com/watch?v=HMpKfip7QPM&t=998s

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi