ABŞ-ın Texas ştatının Hyuston şəhərində silahlı insident baş verib.
Bu barədə Hyuston polisi “Twitter” səhifəsində məlumat yayıb.
Naməlum şəxs silahdan atəş açaraq 3 polis əməkdaşını yaralayıb. Şübhəli şəxs hadisə yerindən qaçsa da şəhər polisi onu saxlamağa müvəffəq olub.
Yaralı polis əməkdaşlarının vəziyyətinin stabil olduğu bildirilir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP






