Azərbaycanlı deputatın Avropada tarixin tədrisi ilə bağlı fikirləri AŞPA sessiyası çərçivəsində yazılı şəkildə yayılıb

Olduğundan da təkmil Avropa və dünya qurmağın əsas yollarından biri də məktəbdən keçir, tədrisə, dərsliyə bağlıdır. 2020-ci ildə 17 üzv dövlətin Avropada tarix fənninin tədrisi zamanı öyrətmə mexanizmlərinin uyğunlaşdırılması, uğura imza atmaq üçün müşahidə missiyasında birləşmək niyyəti çox nəcibdir. “Ortaq Avropa Evi” ideyası bölüşdüyümüz dünyanın müştərək dəyərlərinin bərqərar olması ilə baş tuta bilər. Tədris sistemində, konkret olaraq tarix fənninin tədrisində müştərək mexanizmlərin təşəkkülünə gəlincə, bu, bir neçə mərhələdə gerçəkləşdirilə biləcək ideyadır.

Bu fikirlər AŞPA-dakı nümayəndə heyətimizin üzvü Rafael Hüseynovun qurumun qış sessiyasının 9-cu seansında “Avropada Tarixin Tədrisi Observatoriyası” adlı məruzənin müzakirəsi ilə bağlı çıxışında yer alıb. Azərbaycanlı deputatın çıxışının mətni avropalı parlamentarilərə yazılı şəkildə təqdim olunub. Cavab mətnində deyilir ki, tədris çox vacib sahədir və burada hər addım son dərəcə ehtiyatla atılmalıdır. Bütün ölkələrdə milli, Avropa və dünya tarixi tədris edilir. Tədris üçbucaqdır: öyrədən – müəllim, öyrənən – şagird, tələbə və öyrədilən – fənn və ona aid dərsliklər. Yekun mərhələyə çatmaq üçün tədris prosesinin ortaq prinsipləri formalaşdırılmalı, öyrədən və öyrənənlər tədrisin demokratik, sərbəst düşüncə, tənqidi və yaradıcı yanaşmadakı müştərək vərdişlərə yiyələnməlidirlər.

Qeyd edilib ki, Avropa təhsil məkanında ortaq, məzmunu və mahiyyəti ilə bir-birinə yaxın dərsliklər tərtib etməklə beynəlxalq təşkilatların onillərlə həyata keçirməyə çalışdığı və heç də həmişə müvəffəq olmadığı böyük niyyətlərin daha tez və daha səmərəli şəkildə reallaşdırılmasına töhfə verər.

“Parlament Assambleyasında hələ 2010-cu ilin yanvarın 27-də “Avropa təhsil şəbəkəsində ümumi dərsliklərdən istifadənin məqsədəuyğunluğu” adlı 12149 saylı Tövsiyə üçün məruzə hazırlamışdım. Həmin sənəddə bu ideyanın reallaşdırılması istiqamətində Avropa Şurasının görə biləcəyi və görməli olduğu işlərin konturlarını göstərmişdim. Həmin sənədi hazırladığımız vaxtdan 10 il sonra bu istiqamətə aparan konkret addımların atılmasına sevinir və Parlament Assambleyasında ilk əməli tədbirlərlə bağlı ayrıca məruzənin hazırlanmasından məmnunluq duyuruq”, – deyə R.Hüseynov yazıb. Diqqətə çatdırıb ki, tarixin tədrisi ilə bağlı müzakirə olunan bu layihənin normal işləyə bilməsi və arzu olunan səmərəliliyə çata bilməsi üçün əsas şərtlərdən biri onun icrasına bütün üzv dövlətlərin qoşulmasıdır. Sonrakı mərhələlərdə layihə daha da genişləndirilməli, ona cəlb edilən ölkələrin sayı artırılmalıdır. Çünki ümumi maraqlarla bağlı belə layihələrin həyata keçirilməsində miqyas böyük və coğrafiya nə qədər geniş olarsa, nəticə də bir o qədər qənaətbəxş olacaq.

Sonda azərbaycanlı deputat Avropada tarixin tədrisi ilə bağlı təşəbbüsün uğurla nəticələnməsini arzulayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib