Narkotik almaq üçün oğurluq edənlər saxlanıldı – FOTO

Ucarda oğurluqda və narkotiklərin satışında şübhəli bilinən 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Alpoud kəndi ərazisində yerləşən evlərin birindən çəkisi 1 tondan artıq olan su çənini oğurlayan iki nəfər şəxs “iş başında” saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş rayon sakinləri – Elşən Hüseynov və Rüstəm Qulamov olduqları müəyyən edilib.

Məlum olub ki, saxlanılan şəxslər bir müddət öncə də həmin kənd ərazisində yerləşən evlərin birindən dəmir borular və digər metal tikinti materialları oğurlayaraq dəyərindən ucuz qiymətə satıb, əldə etdikləri pul ilə şəxsi istifadələri üçün narkotik vasitə alıblar.

Ucar rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş və hazırda  Cinayət Məcəlləsisin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə axtarışda olan Ağdam rayon sakini Cavid Quliyev və Ucar rayon sakini Vüqar Cəbrayılov saxlanılıblar.

Həmin şəxslərdən bükümlərdə olan “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana, eləcə də elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Ucar rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi