Hazırda ölkədə 700-ə qədər yaşayış məntəqəsinin interneti yoxdur.
Bu barədə “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” mövzusunda təşkil edilən seminarda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov deyib.
O bildirib ki, həmin yaşayış məntəqələri ucqar və uzaq yer olduğu üçün əsas yük “Aztelekom” MMC və “Baktelekom” MMC üzərində qalacaq. Bu iki qurumun birləşdirilməsinin müsbət tərəflərindən biri odur ki, Bakıdan və regionlarda yığılan ödənişlər ucqar yaşayış məntəqələrinin internet probleminə sərf olunacaq.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP






