Tarixi və mədəni abidələr, yer adlarının istifadəsi ilə bağlı nizamlanmalı olan ciddi boşluqlar var

“Son olaylar göstərdi ki, tarixi və mədəni abidələr, o cümlədən yer adlarının istifadəsi ilə bağlı nizamlanmalı olan ciddi boşluqlar var. Yəni, hər hansı abidənin, yaxud, mənəvi əhəmiyyətə malik yurd yerimizin adını istənilən şəxs istənilən obyektə, birliyə, komandaya verə, yaxud layiqsiz formada istifadə edə bilər və bizim də faktiki olaraq bu prosesə bir başa nəzarət mexanizmimiz yoxdur”.

Bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, bu mənada İnzibati Xətalar Məcəlləsinin İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətaları nəzərdə tutan 38-ci fəslinə və Tarix və mədəniyyət abidələrinin qorunması haqqında qanunun Abidələrdən istifadə olunmasını nəzərdə tutan 4-cü fəslinə qeyd etdiyim məzmunda yeni maddələrin əlavə olunması dəyişikliyini ehtiva edən layihəni Milli Məclisə təqdim edib:

“Layihəyə əsasən, Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanununa “Tarix və mədəniyyət abidələri, habelə, mənəvi əhəmiyyətə malik yer adları və rəmzlərdən istifadə” adlı 19-1-ci, İnzibati Xətalar Məcəlləsinə isə Tarix və mədəniyyət abidələrinin, habelə, mənəvi əhəmiyyətə malik yerlərin adları və rəmzlərdən icazəsiz istifadə adlı 516-2-ci maddənin əlavə edilməsini təklif edirəm. Dəyişiklik tarix və mədəniyyət abidələrinin, habelə, mənəvi əhəmiyyətə malik yerlərin adları və rəmzlərdən istifadə qaydalarını və bu qaydaların pozulmasına görə inzibati məsuliyyəi nəzərdə tutur. Təbii ki, layihənin qiymətləndirilməsi və qəbul edilib-edilməməsi artıq Milli Məclisin səlahiyyətində olacaq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi