Baş Prokurorluq feysbukda bu qurumun adına saxta hesabların açılması ilə bağlı xəbərdarlıq edib
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti sosial şəbəkələr və kütləvi informasiya vasitələri üzrə aparılan daimi monitorinq nəticəsində feysbukda Baş Prokurorluğun və bəzi tabe rayon (şəhər) prokurorluqlarının adına saxta (feyk) hesabların açılmasını müəyyənləşdirib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Baş Prokurorluğun mavi nişan (Blue sign) vasitəsilə təsdiqlənmiş feysbuk, instaqram, yutub, teleqram sosial şəbəkələrindəki rəsmi səhifələrindən başqa hər hansı digər hesabları mövcud deyil.
Odur ki, vətəndaşlara ayıq-sayıq olmaq və yalnız Baş Prokurorluğun rəsmi sosial media səhifələrini izləmək tövsiyə edilir. Eyni zamanda, dövlət qurumlarının adından saxta hesabların yaradılmasının yolverilməzliyi barədə xəbərdar edilməklə, bu kimi neqativ hallara yol vermiş şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilib.
Baş Prokurorluğun sosial şəbəkələrdəki rəsmi səhifələri aşağıdakılardır:
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP