“Lochin” adlı hərbi dronların istehsalı başlayır – VİDEO
Müasir texnologiyalar əsasında pilotsuz uçuş aparatları istehsal ediləcək.
Bu barədə Özbəkistanın Müdafiə Sənayesi Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, komitənin tabeliyində yaradılan mərkəzdə beynəlxalq texniki tələblərə və standartlara tam cavab verən drona “Lochin” adı verilib.
Mərkəz pilotsuz uçuş aparatlarının istehsalı, yığılması, təmiri və texniki xidməti üçün lazımi avadanlıq, o cümlədən texnoloji və xüsusi avadanlıq, sınaq (sınaq laboratoriyası) avadanlıqları ilə tam təchiz olunub.
Qeyd edək ki, iki məqsəd üçün nəzərdə tutulan (PUA və kvadrokopter) milli layihə Mərkəzi Asiyada ilk dəfə Özbəkistanda baş tutub.
Milli brend altında hazırlanmış “Lochin” pilotsuz uçan aparatı və kvadrokopter kəşfiyyat, zərbə, real vaxt rejimində müşahidə, kəşfiyyat, artilleriya atəşi və atışlar da daxil olmaqla bir sıra məqsədlər üçün nəzərdə tutulub. Həmçinin, dronlar neft-qaz, meşə təsərrüfatı, dəmir yolları, geologiya, kəşfiyyat, kartoqrafiya, topoqrafiya, əkin sahələrinin, qoruqların, yolların, sosial infrastrukturun və digər mühüm obyektlərin monitorinqini həyata keçirəcək.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP