Şabran rayonunun Ağalıq kəndi ərazisində qadın meyiti aşkarlanıb.
Cəsəd Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən magistral yoldan təxminən 150 metr içəridə meşə massivində tapılıb. Aparılan ilkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Şabran rayon sakini, 42 yaşlı Xudiyeva Sevda Vaqif qızı olduğu müəyyənləşib.






