Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəzərdə tutulmuş layihələrinin təqdimatı olub

Yanvarın 14-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəzərdə tutulmuş layihələrin təqdimatı keçirilib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev jurnalistlərə nazirlik daxilində aparılan islahatla bağlı məlumat verib. Bildirib ki, nazirlik layihələrin qəbul olunmasında və icrasında yeni yanaşmalar tətbiq etməyə başlayıb: “Bu gündən etibarən Mədəniyyət Nazirliyinin daxilində aparılan islahatların yeni mərhələsi başlayır. Layihə yönümlü islahatın məqsədi idarəçiliyin təkmilləşdirilməsinə yönəlib. İstəyirik nazirliyin strategiyası çox effektiv bir alət kimi Azərbaycan cəmiyyətində dəyər carçısına çevrilsin. İstəyirik nazirliyin tabeçiliyində olan qurumlar Azərbaycanın tarixindən, ədəbi irsindən gələn dəyərləri yaşatdırsın və gələcək nəsillə ötürsün”.

Bütün sənədlərin artıq hazırlandığını deyən Elnur Əliyev bildirib ki, layihə yanaşması bu metodu ortaya qoymaq, onun əsasında gələcək planları qurmaq deməkdir: “Nazirlik bütün fəaliyyətini layihə idarəçiliyi vasitəsilə həyata keçirəcək. Bunun üstünlüyü odur ki, layihə artıq təsbit olunmuş elmi yanaşmadır, bütün dünyada ən çox istifadə olunan bir metodologiyadır. Hər bir layihənin konkret məqsədi var, müəyyən resurs məhdudiyyətləri çərçivəsində həyata keçirilir və məqsədə çatmaq üçün ən səmərəli yollar seçilir”.

Qeyd edib ki, bu sistemin nazirlik daxilində bir sıra üstünlükləri var. Birinci odur ki, bu metod nazirlik çərçivəsində koordinasiyanı, şöbələrin bir-biri ilə əlaqəsini institusional səviyyədə gücləndirir. Digər tərəfdən layihə yanaşması kadr potensialını inkişaf etdirmək üçün ən yaxşı vasitədir. Belə ki, əməkdaşlar layihə alətləri ilə işləyir, bir layihə meneceri olaraq təkmilləşirlər.

Sonra tədbir qapalı şəkildə davam etdirilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib