Beynəlxalq narkoşəbəkənin üzvləri tutuldu: 127 kiloqram narkotik vasitə dövriyyədən çıxarıldı

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yanvarın ilk 10 günü ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən 31 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 127 kiloqram narkotik və psixotrop maddə, eləcə də 1 821 ədəd psixotrop tərkibli həb çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

 Bildirilib ki, Beyləqan rayon sakinləri əvvəllər məhkum olunmuş Ramil Həsənov, Müzəffər Rüstəmzadə və Zaur İmanov saxlanılıblar.

Bu şəxslərin üzərindən və Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində gizlətdikləri yerdən ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 2 ədəd polietilen torbalarda qablaşdırılan 44 kiloqram, o cümlədən 31 kiloqram heroin, 10 kiloqram tiryək, 3 kiloqram marixuana və 1 480 ədəd satışı qadağan edilən psixotrop tərkibli preqabalin həbi aşkar olunub.

Baş İdarə əməkdaşlarının Sabirabad rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı Hidayət Məmmədov saxlanılıb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində ona külli miqdarda narkotik maddələr göndərən Şirvan şəhər sakini Orxan Nağıyev Binəqədi rayonunda tutulub.

Bu şəxslərdən və Orxan Nağıyevin avtomobilindən ümumilikdə 35 kiloqram, o cümlədən 21 kiloqram heroin, 10 kiloqram metamfetamin, 4 kiloqram marixuana və elektron tərəzi aşkar olunub.

Həyata keçirilən daha bir əməliyyat zamanı Röyal Rəhimov və əvvəllər məhkum olunmuş Surac Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar. Onların üzərindən və Röyal Rəhimovun avtomobilindən 22 kiloqram, o cümlədən 12 kiloqram heroin və 10 kiloqramdan artıq metamfetamin aşkar olunub.

Adları sadalanan 7 nəfər beynəlxalq narkoşəbəkənin üzvləri olublar. Onlar qaçaqmalçılıq yolu ilə Asiya ölkələrindən göndərilən külli miqdarda narkotik vasitələri qəbul edərək ölkə ərazisində satışını təşkil etməyə çalışıblar.

Baş İdarənin paytaxt eləcə də Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha 16 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 19 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, ekstazi və metadon həbləri aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının qeyd edilən dövr ərzində Lənkəran şəhəri və Astara rayonunda keçirdikləri əməliyyatlar zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan 8 nəfər saxlanılıb. Onlardan isə 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi