“Turizm haqqında” yeni qanun turizm şirkətləri ilə müzakirə olunub

Yanvarın 11-də Dövlət Turizm Agentliyinin əməkdaşları ilə turizm şirkətləri və turizm üzrə ixtisaslaşmış ictimai təşkilatların nümayəndələri arasında “Turizm haqqında” yeni qanunun müəyyən etdiyi tələblərin izahı, sualların cavablandırılması və ətraflı müzakirəsi məqsədilə onlayn görüş keçirilib.

Dövlət Turizm Agentliyindən  bildirilib ki, görüşdə agentliyin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov və Hüquq sektorunun müdiri Qiyafət Xeyirxəbərli qanunun maddələri üzrə iştirakçılara geniş məlumat təqdim ediblər.

Məhəmməd Muradov vaxtilə turizm sahəsində tələb edilən lisenziyaların ləğvinin sahibkarlığın inkişafına təkan verdiyini, lakin yeni tənzimləyici mexanizmlərin olmamasının turizm sənayesi subyektlərinin fəaliyyətinin dövlət nəzarətindən kənarda qalmasına, həmçinin istehlakçıların hüquqlarının pozulması hallarının çoxalmasına səbəb olduğunu bildirib.

O, bu və digər zərurətlərlə əlaqədar beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılmasını, turizm infrastrukturunun inkişaf etdirilməsini müəyyən edən, bununla yanaşı sektorun dayanıqlı inkişafını təmin edəcək yeni “Turizm haqqında” qanunun hazırlandığını diqqətə çatdırıb.

Agentliyin əməkdaşı Qiyafət Xeyirxəbərli 5 fəsil 22 maddədən ibarət olan yeni qanunda turizmin növləri və formaları, ayrı-ayrı növlərinin mövsümilik probleminin aradan qaldırılmasında rolu, bu sahədə dövlətin apardığı siyasətin əsas istiqamətləri və vəzifələri, eləcə də turist məmmunluğunun artırılması məqsədilə yardım mərkəzinin yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsini təmin edəcək standartlaşdırma və sertifikatlaşdırma sisteminin əsasının müəyyən edilməsi, ölkədə fəaliyyət göstərən turoperator və turagentlər üçün mülki məsuliyyət sığortasının müəyyən edilməsi kimi məsələlərin yer aldığını bildirib.

O, yeni qanunda əksini tapan ulduzlaşma prosesi, sənaye assosiasiyalarının yaradılması, rekreasiya zonalarının formalaşdırılması, turizm layihələrinin qrantlar vasitəsilə maliyyələşdirilməsi, turistlərin hüquq və vəzifələri, həyat və sağlamlıqlarının sığortalanması və digər məsələlər haqda geniş məlumat verib.

DTA əməkdaşları tərəfindən görüş iştirakçılarının qanunda mülki məsuliyyət sığortası, Turizm Reyesteri, turizm vizası və turistlərə verilən elektron vizalar, səfər sığortası, turagentlər və turoperatorlarla bağlı digər məsələlərə dair suallar geniş şəkildə cavablandırılıb.

Görüşdə iştirak edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev yeni qanunda mülki məsuliyyət sığortasının tətbiqi məsələsinə toxunaraq gələcəkdə bu addımın vətəndaş və turizm şirkətləri arasında yaşanan neqativ halların aradan qaldırılmasına və turist məmnunluğunun artırılmasına dəstək olacağını bildirib. Rüfət Hacıyev yeni qanunun ölkənin müasir turizm sənayesinin formalaşdırılması və turizm sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev öz növbəsində “Turizm Reyestrinin aparılması” qaydalarının tətbiqinə toxunaraq ölkənin turizm ehtiyatları və sənayesi barədə vahid turizm informasiya bazasının yaradılması baxımından atılan bu addımın gələcəkdə turizm bazarında müsbət irəliləyişə səbəb olacağını vurğulayıb.

Yeni “Turizm haqqında” qanunun müddəaları barədə hotel sənayesinin nümayəndələrinin və turizm bələdçilərinin də məlumatlandırılması məqsədilə 12-13 yanvarda onlayn görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Milli Məclisin dekabrın 27-də keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

 

 DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi