Türk dünyası birliyinin güclənməsini istəməyənlər hərəkətə keçiblər

“Qardaş Türkiyədən sonra dost Qazaxıstanda da süni şəkildə yaradılan sosial-iqtisadi problemlər ilə ictimai-siyasi sabitliyin pozulması, qrant, vədlər qarşılığında marginal qrupların küçələrə çıxarılması cəhdlərini görürük. Görünür, Türk dünyası birliyinin güclənməsini istəməyənlər hərəkətə keçiblər. Bu, əlbəttə ki, dərin təhlilin mövzusudur”.

Bu fikirləri YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov səsləndirib. Onun sözlərinə görə,
lakin bu məsələdə başqa bir istiqamət diqqət çəkir: “İnandırıcı deyil ki, Azərbaycanda bir nəfər də olsun Türkiyədə, yaxud Qazaxıstanda baş verənlərə sevinən tapılsın. Amma Əli Kərimli və onun dəstəsini istisna etmək lazımdır. Çünki qardaş və dost ölkələrdə baş verən proseslərə Azərbaycanda sevinən ancaq radikal müxalifətdir. Elə ona görədir ki, qardaş Türkiyədə də, dost Qazaxıstanda da süni etiraz aksiyalarının keçirilməsini Ali Karimli (Əli Kərimli) və onun başı pozuq dəstəsi bəh-bəhlə yayır, paylaşır. Yəqin ki, xatırlayırsınız, Venesuelada, Suriyada, Belarusda eyni ssenarilər üzrə proseslər başladıqda başda Ganimat Zahid və Sevinc Osmanqizi, eləcə də AXCP-nin trol qrupları olmaqla ən pis nümunələrin Azərbaycana transformasiyasının məqsədli təbliğatını qurur, “lider” kimi də blogger Əli Kərimlini göstərirdilər. İndi də Türkiyədə, Qazaxıstanda baş verənləri sevincək paylaşır, niyyətlərini bəlli edirlər”.

Hakim partiya rəsmisi deyib ki, bu dağıdıcılar, terminatorlar üçün Azərbaycan dövlətinin sabitliyi, xalqın təhlükəsizliyi, rifahı maraqlı deyil: “Onlar üçün əsas hakimiyyət naminə ən axırıncı yollara əl atmaq, qrant, ianə yemək, hətta, şeytanla da əməkdaşlıq etməkdir. Buna görə də, Azərbaycan xalqı Əli Kərimlini, trol dəstəsini erməni lobbisinə xidmət edən, Qərbdəki fondların qrantı naminə Vətənini satan, Paşinyanı xaç atası kimi qəbul edən radikallar kimi tanıyırdısa, bundan sonra da Türk dünyasının da düşməni olaraq biləcək”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi