Dünya Azərbaycanlıların həmrəyliyi tarixi

“Azərbaycan əsrlər boyu bir çox millətin vahid ideya ətrafında mehribanbirlik və bərabərlik hissləri ilə yaşadığı məkan olmuşdur. Ölkəmizdə yaşayan bütün xalqar milliyətindən aslı olmayaqəsirlər boyu birlikdə yaşayaraq, Azərbaycanlı adı altında bəşəriyyətə çox böyük töhfələr vermişdirlər. Hazırda dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlının yaşadığı məlumdur”.

Millət vəkili Şahin Seyidzadənin sözlərinə görə, qarşıdan gələn 31 dekabr tarixi Azərbaycan diasporu üçün də ən mühüm bayramlardan birisidir: “1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ümummilli Lider Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq bu tarixin Dünya Azərbaycanlılarının Həmrəylik günü elan etməsi, bugünün reallıqları baxımından çox əhəmiyyətlidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün əlamətdar bir bayrama çevrilmişdir.Bu bayram müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlərimizin Azərbaycanla bağlarının daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və vəhdədindaha möhkəm sütunlarının yaradılması prosesindəəsas rol oynayır. Bu günün önəmi və dəyəriVətən müharibəsi dövründə bir daha öz təsdiqini tapmişdır.

Sentyabrın 27-də başlayan və noyabrın 8-ə kimi dəvam edənvətən müharibəsi zamanı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq Azərbaycan xalqının ilk gündən sıx birləşməsibir daha milli birliyimizin sübutu oldu.Dünyada yaşayan bütün Azərbaycanlılar, torpaqlarımızın işğaldan azad olunması istəyi ətrafında vahid yumruq tək birləşərək, Azərbaycan reallıqlarını dünyaya çatdırmağa çalışdırlar. Məhz bu amil bütün dünya Azərbaycanlılarının qəlbinin vətən üçün döyündüyünün əyani sübutu idi. Xaricdə yaşayan həmvətənlərimizin düşmənin və Azərbaycana qarşı olan beynəlxaq güclərin məkrli siyasətinə qarşı etirazları, sosial şəbəkələr və kütləvi informasiya vasitələri vasitəsi ilə aparılan mübarizə nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyətinə doğru bir şəkildə çatdırıldı.

Vətən müharibəsi zamanı diaspor təşkilatlarımız xaricdə yaşayan azərbaycanlılara  ünvanladığı beş müraciət, xaricdə yaşayan hər bir həmvətənimizin Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında yaşadıqları ölkələrin ictimaiyyətinin və kütləvi informasiyanın  doğru məlumatlandırılması məqsəilə  fəal olmağa çağırması məhz təşkilatlanmış diaspor şəbəkəsinin olmasının əyani sübutu idi. Bu gün Həmrəylik Gününü dünyanın onlarla ölkəsində yaşayan azərbaycanlıların milli birlik bayramı kimi qeyd olunmaqla, Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi