Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində müxtəlif ərəb ölkələrində fəaliyyət göstərən azərbaycanlı icması ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə Dövlət Komitəsinin sədri Fuad Muradov açıb.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Komitə əməkdaşlarının mütəmadi olaraq xarici ölkələrdə yaşayan azərbaycanlılarla görüşlər keçirdiyini vurğulayan sədr soydaşlarımızı 18 Oktyabr –Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan parlaq və şanlı Zəfərin birinci ildönümü münasibətilə də təbriklərini çatdırıb və həmin dönəmdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik və fədakar fəaliyyətə görə diaspor nümayəndələrinə minnətdarlığını bildirib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə və elektron resurslarına həsr edilmiş videoçarxlar nümayiş olunub.

Daha sonra Dubay şəhərində Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis toplantısı keçirilib.

Toplantıda ərəb ölkələrində yaşayan və işləyən nüfuzlu diaspor nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər. Çıxış edənlər diasporun təşkilatlanmasının əhəmiyyəti və bu sahədəki problemlərdən, ölkəmizlə bağlı məlumatların dünya mediasında işıqlandırılmasının vacibliyindən söz açıb, Qarabağda qazandığımız Qələbənin hər bir azərbaycanlıda böyük ruh yüksəkliyi yaratdığını bildiriblər.

Müzakirələrin nəticəsi olaraq Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının təsis edilməsi barədə qərar qəbul olunub. Şuranın yol xəritəsi hazırlanıb, gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb, soydaşlarımızın təklifləri dinlənilib. Koordinasiya Şurasının Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Misir, Qətər, Oman və Səudiyyə Ərəbistanı üzrə əlaqələndiriciləri seçilib.

Qeyd edək ki, hazırda 33 ölkəni əhatə edən 14 Koordinasiya Şurası fəaliyyət göstərir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi