“Facebook”un adı DƏYİŞDİRİLƏCƏK

“Facebook” sosial şəbəkəsi, “İnstaqram” xidməti və “WhatsApp” mesencerinin sahibi olan ABŞ-ın “Facebook” korporasiyası gələn həftə adını dəyişdirməyi planlaşdırır.

Bu barədə “Verge” portalı mənbələrə istinadən xəbər verir.

Məlumata əsasən, “Facebook”un bununla bağlı planlarını oktyabrın 28-i keçiriləcək konfransda elan edəcəyi gözlənilir.

Qeyd edilir ki, “Facebook”un yeni adı “metakainat” konsepsiyasına uyğun olacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP