Meksika paytaxtı Azərbaycan bayrağının rənglərinə bürünüb

Oktyabrın 18-də Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümünün qeyd olunması şərəfinə Mexiko şəhərinin əhəmiyyətli dövlət binaları və şəhərin simvolu sayılan abidələri, bu xüsusda paytaxtın əsas toplanış mərkəzi olan Konstitusiya Meydanı ətrafındakı binalar, o cümlədən Mexiko şəhər hökumətinin inzibati binası, İnqilab Abidəsi, Müstəqillik Mələyi və digər tarixi abidələr Azərbaycan milli bayrağının rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, bu münasibətlə Meksika federal hökuməti və Mexiko şəhər hökumətinin nümayəndələri, KİV təmsilçiləri, QHT və gənclər təşkilatlarının iştirakı ilə İnqilab Abidəsinin önündə təşkil olunmuş mərasimdə çıxış edən səfir Məmməd Talıbov Azərbaycanın müstəqillik tarixi və əldə etdiyi nailiyyətlər, habelə Meksika ilə ikitərəfli əlaqələri haqda tədbir iştirakçılarına məlumat verib. Paytaxtın vacib dövlət bina və abidələrinin üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılması addımına görə Meksika tərəfinə təşəkkür edən diplomat Konqres tərəfindən qəbul edilmiş təbrik bəyanatına görə də minnətdarlığını bildirib.

Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılmış bina və abidələrin Mexiko şəhərinin ən çox insan toplanan rayonlarında olması gecəboyu həm paytaxt sakinlərinin, həm də əcnəbi turistlərin diqqətini cəlb edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib