İsrail səfirindən Qarabağla bağlı iddialara cavab – “Böyük axmaqlıqdır”
İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi İsrail hərbçilərinin Qarabağda olması haqqında iddiaları “böyük axmaqlıq” və fantaziya adlandırıb.
“RİA Novosti”-nin xəbərinə görə, səfir məsələ ilə bağlı sualı cavablandırarkən deyib:
“Mən hesab edirəm ki, bu böyük axmaqlıqdır. Dağlıq Qarabağdan danışırqsa, orada həm rus, həm də türk hərbçilər var. Düşünürəm ki, xəyalları güclü olanlar hətta deyə bilərlər, bəlkə də Qarabağda marslılar da var”.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP