Azərbaycan-Türkiyə münasibətləri üçüncü ölkələri narahat etməməlidir
Azərbaycan-Türkiyə münasibətləri üçüncü ölkələri narahat etməməlidir.
Bunu Türkiyə Prezident Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, Ankara və Bakı bütün sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirmək və möhkəmləndirmək hüququna malikdir:
“Bu, onların suveren hüququdur. Azərbaycanla Türkiyənin münasibətlərinin möhkəmlənməsi üçüncü ölkələrə qarşı yönəlməyib, əksinə, regionda sabitlik və təhlükəsizliyin təminatçısıdır. Məlum olduğu kimi, Türkiyə və Azərbaycan bütün regional üçtərəfli əməkdaşlıq formatlarında aparıcı ölkələrdir”.
Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP