İranda dini təhsil alanlar ideoloji assimilyasiyaya məruz qalırlar

“İran SEPAH generallarını önə verərək məsələdən diqqəti yayındırır. Bu, İranın cavabının olmadığının və arqumentlər qarşısında aciz qaldığının, sözünün bitdiyinin göstəricisidir”.

Bunu siyasət yazarı Aqşin Kərimov deyib. O, şəhid məzarı önündə İsrail əleyhinə Qum-un dili ilə danışanlara da diqqət çəkib:

“Bəs o “dindarlar” necə yetişdirilir? Qum dini-elmi hövzəsi adlanan kompleksdə təhsil alan vətəndaşlarımızın əksəriyyəti əl-Məhdi və əl-Mustafa Beynəlxalq İslam Universitetindən məzun olurlar. Burada İslam dininin şiə məzhəbinin “isna aşariyyə” (“on iki imam”) etiqadı zəminində İslam İnqilabının ideya qaynağı sayılan “vilayəti-fəqih” (dini rəhbərin hakimiyyəti) konsepsiyasına uyğun tədris həyata keçirilir.

Həmçinin, dini təhsil almış vətəndaşlarımıza təkcə dini biliklər verilmir – Azərbaycanın tarixi, mədəniyyəti, tarixi coğrafiyası, Azərbaycan xalqının etnogenezi barədə xarici maraqlara uyğun təhrif olunmuş məlumatlar da aşılanır. Beləliklə, həmin şəxslər ideoloji assimilyasiyaya məruz qalırlar. Zamanla bunun təzahürlərini görürürük. Məsələn, İrandan basılan düymə ilə etnik amil məsələsi qabardılır. Tədris zamanı təqaüdlər (şəhriyyə-aylıq məvacib) alan tələbələr Azərbaycan qayıtdıqdan sonra da fəallıqlarından asılı olaraq məvacib almaqda davam edirlər”.

A.Kərimov qeyd edib ki, ölkədə onların yerli mühitə adaptasiya oluna bilməmələri, işlə təmin olunmamaları, nəticədə həmin məzunların xaricdən ideoloji asılılıqla bərabər, həm də maddi cəhətdən asılı vəziyyətə düşmələri ilə nəticələnir:

“Bu amillər məzunları din xadimindən daha çox məzhəb maraqlarına uyğun peşəkar təbliğatçı kimi yetişməsini təmin edir. Nəticədə İranda dini təhsil almış şəxslər təbliğatda məntiqi ardıcıllıqla fəlsəfi biliklərindən psixoloji təsir vasitəsi kimi yararlanırlar. Öz fikirlərini Quran ayələri ilə möhkəmləndirirlər. Məqsəd kütləyə nüfuz edərək inandırma qabiliyyətini artırmaqdır.

İranda əsas dini təhsil Qumdadır, bununla belə Məşhəd, İsfahan və Təbrizdə də ilahiyyat təhsili verən qurumlar mövcuddur. Azərbaycanlı qadınlar da İranda dini təhsilə cəlb edilir – özü də yaxınları bu işdə xüsusi canfəşanlıq göstərirlər”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi