Emin Əmrullayev kredit veriləcək tələbələrin sayını AÇIQLADI

Təhsil nazirliyinin 40 minə yaxın tələbəyə kredit vermək imkanı var.

Bu sözləri təhsil naziri Emin Əmrullayev çərşənbə günü AzTV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Azərbaycanda tələbə kreditlərinin verilməsi ilə bağlı Təhsil Tələbə Krediti Fondu ötən yay tətili ərzində bir çox işlər görüb:

“Oktyabr ayı ərzində bununla bağlı elektron sistem işə düşəcək. Həm həssas qrup üçün sosial, həm də standart kreditlər olacaq. Bu sistemdə şəffaflıq mövcuddur, çünki digər sistemlərə inteqrasiya olunub. Tələbələr öz FİN nömrələrini daxil edərək sistemə qoşulacaqlar. Həmin inteqrasiya olan sistemlərdən tələbə, onun ailəsi və digər məlumatlar toplanılır. Əgər ailədə əlilliyi olan şəxs varsa, ünvanlı sosial yardım alırlarsa, bu halda tələbə sosial kredit ala bilər. Bütün bu proseslər sistem elektron olduğu üçün bir neçə saniyə ərzində baş verir. Digər hallarda isə standart kredit ala biləcəklər”.

E.Əmrullayev vurğulayıb ki, proses müvəkkil banklar tərəfindən həyata keçiriləcək:

“Fondun nizamnamə kapitalı 80 milyon manatdır. Əgər tələbə müraciət edərsə, kredit veriləcək. Bu, məcburi bir şey deyil, imkandır. Hər kəs tələbə krediti almalıdır deyə bir qayda yoxdur. Amma tələbənin təhsilini maliyyələşdirmək imkanı yoxdursa, onda təhsil kreditinə müraciət edə bilir. Kreditlər uzunmüddətlidir. Orda bir neçə güzəşt də nəzərdə tutulub. Əgər yaxşı oxuyurlarsa, onlara faiz və ya əsas hissə güzəşt edilir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin 17 iyun 2021-ci il tarixli fərmanına əsasən Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fondun fəaliyyətinin əsas məqsədi təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib