Prezident İlham Əliyev: Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz

Biz bütün bu hallarla (təxribat qruplarının rahat hərəkət etməsi, Laçın dəhlizinə nəzarət olunması-red.) bağlı Rusiyaya öz haqlı iradlarımızı bildiririk. Ancaq təxribat qrupunun oraya daxil olması o vaxt olub ki, Rusiya sülhməramlı qüvvələri hələ tam yerləşməmişdi. Çünki noyabrın 10-da müharibə başa çatdı, ondan sonra bir müddət lazım idi ki, Rusiya sülhməramlı qüvvələr – iki minə yaxın əsgər oraya yerləşsin və orada boşluqlar çox idi. Yəni, burada biz ədalətli olmalıyıq. Onlar o yeri tam mühafizə edə bilməmişdilər və ermənilər də bundan istifadə edib bizim azad edilmiş ərazilərə daxil oldular.

AZƏRTAC   bildirir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti barədə suala cavabında söyləyib.

Dövlətimizin başçısı bildirib ki, ümumilikdə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər.

“Əlbəttə ki, bizim narazılığımız da var, iradlarımız da var – ilk növbədə, xarici vətəndaşların ərazimizə qanunsuz olaraq gəlməsi ilə bağlı. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Çünki Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir xarici vətəndaş, yaxud da ki, avtomobil daxil ola bilməz, bizdən icazə alınmalıdır. Ancaq deyə bilərəm ki, bu, hələ tam yüz faiz həll olunmayıb. Halbuki onu da deməliyəm ki, xarici vətəndaşların Qarabağa qanunsuz gəlməsi halları çox az saydadır. Onu da bildirməliyəm ki, bizim siyasətimiz və təkidimiz nəticəsində artıq bu prosesə də son qoyulur Ancaq biz, əlbəttə, istərdik ki, suverenliyimizə, ərazi bütövlüyümüzə tam miqyasda, tam həcmdə sayğı göstərilsin. Zatən, Rusiyanın rəsmi nümayəndələri, yüksəkvəzifəli nümayəndələr deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır və belə olan halda, yerlərdə, orada xidmət göstərən hərbçilər də bu bəyanatlara uyğun şəkildə öz fəaliyyətini aparmalıdırlar”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi