Erməni politoloqdan sərsəm açıqlama

“Ermənistan və Gürcüstan Türkiyə vassallarının (?) taleyi ilə qarşılaşacaq”.

Bu fikirləri Yaxın Şərq və Orta Asiyanı Araşdırma Mərkəzinin direktoru, rusiyalı politoloq, şərqşünas Semyon Baqdasarov səsləndirib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər yerdə Ermənistanla diplomatik əlaqələrin qurulması ilə bağlı danışır, Ermənistan rəhbərliyi isə o açıqlamalara bir istək ifadə edir. Ancaq əsas məsələ “Zəngəzur dəhlizi”dir”, deyə o, qeyd edib.

“Bu, nə olan şeydir? Dəhliz Türkiyəyə nəinki Azərbaycan ərazisinə, hətta Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya birbaşa çıxışı təmin edəcək.

Bu, Ermənistana nə verəcək? Əslində, bu, Ermənistan Respublikası layihəsinin sonudur, çünki Ermənistanın İranla həmsərhəd olan cənub hissəsi kəsiləcək. Türkiyə nəticədə bütün ölkəyə hakim olacaq.

Yeri gəlmişkən, Ermənistan rəhbərliyinə bu mesajın Gürcüstanın Baş naziri vasitəsi ilə göndərilməsi səbəbsiz deyil. Onunla da hər şey aydındır. Acarıstandan başqa bütün Gürcüstan artıq əzilir. Ərdoğanın Batuminin Rizədən (Ərdoğanın valideynlərinin Türkiyədə doğulduğu yer) fərqi ilə bağlı məşhur sözləri artıq reallığa çevrilməkdədir”, – ekspert vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstanın taleyi yaxın gələcəkdə Ermənistanı da gözləyir.“Yüz faizzəmanət verirəm ki, önümüzdəki illərdə Türkiyə Cənubi Qafqaza tamamilə hakim olacaq, Rusiyanın bu bölgədəki iştirakı minimuma endiriləcək.
Türk və ukraynalıların Qara dəniz və Azov istiqamətlərində, o cümlədən Krım da daxil olmaqla Rusiya ərazilərində birlikdə işləyəcəkləri barədə öz strateji planları var. Bu, milli təhlükəsizliyimiz üçün böyük təhlükə yaradır ”, – deyə Baqdasarov bildirib.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib